"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə "Napoli"yə 0:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib:

"Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. rəqibdən çəkinmədilər, risk etdilər, cəsarətli oyun göstərdilər. Qarşımızda çox keyfiyyətli bir komanda var idi. Buna baxmayaraq, komandamız sona qədər çox yaxşı oyun göstərdi".

Təcrübəli mütəxəssis Kevin Medinanın əvəz olunmağını isə belə şərh edib:

"Belə gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr bəzən problem yarada bilər. Amma Mmae oyuna heç də pis qoşulmadı. Bəlkə də, Medinanın təcrübəsi, oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. Belə olmasa, daha yaxşı olardı".