UEFA Gənclər Liqasında keçirilən “Napoli” – “Qarabağ” oyunu güclü hava şəraiti səbəbindən dayandırılmışdı.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı “Napoli” klubu rəsmi X hesabında paylaşıb: “Oyun müvəqqəti olaraq dayandırılıb” – deyə klub bildirmişdi.

Matçın nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməmişdi.

Lakin oyun bir qədər əvvəl alınan qərarla 60-cı dəqiqədən etibarən davam etdirilib.

Yekunda neapollular 2:0 hesabla qalib gəliblər.