"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə "Napoli" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş Neapoldakı Dieqo Armando Maradona stadionunda oynanılıb.
Görüşü polşalı hakim Şimon Marçinyak idarə edib.
"Qarabağ" bu oyunadək 4 turdan sonra 7 xala malik idi və 15-ci yerdə idi.
"Napoli"nin isə aktivində 4 xal var idi. Neapol təmsilçisi ilk 2 ev oyununda 1 qələbə qazanıb və 1 heç-heçə etmişdi.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Çempionlar Liqası Liqa mərhələsi, V tur
26 noyabr (çərşənbə axşamı)
00:00. “Napoli” 2:0 “Qarabağ”
Qol: Skott MakTominay (65'), Marko Yankoviç (öz qapısına, 72')
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)
VAR: Pol van Bukel (Niderland)
AVAR: İvan Bebek (Xorvatiya)
Heyətlər:
“Napoli: Saviç Milinkoviç, Alllessando Buongiorno, David Neres, Skot Maktominey, Amir Rraxmani, Matias Olivera, Rasmus Heylunn, Covanni Di Lorenso (k), Sem Baukema, Stanislav Labotka, Noa Lanq
“Qarabağ: Mateuş Koxalski, Mateus Silva, Kevin Medina, Bəhlul Mustazadə, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Emmanuel Addai, Abdullah Zubir (k), Kamilo Duran



