"Napoli" - "Qarabağ" oyununu polşalı referi Şimon Marçinyak idarə edəcək.
Offsideplus.az xəbər verir ki, ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Mik yerinə yetirəcək.
VAR hakimi niderlandlı Pol van Bokel, AVAR hakimi xorvatiyalı İvan Bebek olacaq.
İ. Bebek "Atletik" - "Qarabağ" görüşündə də (3:1) VAR hakimi idi.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



