"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsindəki ilk oyununda, səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra açıqlama verən klubun prezidenti Tahir Gözəl qələbəni İlham Əliyevə həsr etdiklərini bildirib:
"Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.
Qeyd edək ki, bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsindəki ilk zəfəridir.



