UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Benfika" doğma meydanda "Fənərbağça"nı qəbul edib. 

Oyunda sadəcə 1 qol vurulub. Həmin qolun müəllifi isə 35-ci dəqiqədə Kerem Aktürkoğlu olub. 

Nəticədə "Benfika" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəldi."Fənərbağça" isə UEFA Avropa Liqasının Liqa mərhələsinə düşdü.