Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" klubunu təbrik edib.

Offsideplus.az xəbər verir ki, Prezident sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edib.

Paylaşımda bunlar qeyd olunub: "Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!.
Qarabağ" klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!".

Qeyd edək ki, "Qarabağ" 8 il aradan sonra UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldi.