PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqası tarixində 50 qələbəyə ən tez çatan mütəxəssis olaraq yeni bir rekord müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, o, bu göstəricidə əfsanəvi Pep Qvardiolanı qabaqlamağı bacarıb.
Luis Enrike bu uğuru rekord sayda oyuna imza ataraq qazanıb:
-
Luis Enrike: 77 oyunda 50 qələbə
-
Pep Qvardiola: 80 oyunda 50 qələbə
İspaniyalı mütəxəssis həm "Barselona", həm də PSJ ilə göstərdiyi yüksək performans sayəsində turnir tarixində adını qızıl hərflərlə yazdırıb.
Xüsusilə son mövsümlərdəki uğurlu gedişat onun bu elit siyahıda birinci pilləyə yüksəlməsini təmin edib.


