"Liverpul" klubu "Bavariya"nın transfer etmək istədiyi Luis Diasın dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı futbolçu üçün 100 milyon avro tələb edir.
Bu barədə "The Athletic" məlumat yayıb.
Dias "Liverpul"dan ayrılıb, "Bavariya"ya qoşulmaq istəyir. Münhen təmsilçisinin təklifi 67.5 milyon avrodur.
"Qırmızılar" Almaniya klubunun Florian Virtsə 100 milyon avro ödəməyə hazır olduğunu bilir və buna görə bu məbləğdə israr edir.
Klublar arasında danışıqlar davam edəcək.



