Hüqo Ekitike bu yay "Ayntraxt"dan ayrılmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Frankfurt təmsilçisinin növbəti mövsüm Çempionlar Liqasında iştirak etməyi də fransalı hücumçunun fikrini dəyişməyib.
Bu barədə Almaniyanın "Sky" portalı məlumat yayıb.
"Ayntraxt" Ekitike üçün 100 milyon avro tələb edir.
O, cari mövsüm bütün turnirlərdə 48 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə edib.