"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında 2-ci oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib Almaniya təmsilçisi "Alba Berlin" olub. Qarşılaşma Milli Gimnastika Arenasında, saat 20:00-da start götürüb. Bu qarşılaşmada Rimas Kurtinaytisin komandası rəqibə 76:85 hesabı ilə uduzub.
Həm "Sabah", həm də "Alba Berlin" ilk turda məğlub olub.
Qrupun digər oyununda ötən gün "Elan Şalon" "Nimburk"u məğlub edib - 97:95.
FIBA Çempionlar Liqası, B qrupu II tur
15 oktyabr (çərşənbə)
20:00 "Sabah" - "Alba Berlin" 76:85 (16:16; 13:20; 21:24; 26:25)
Milli Gimnastika Arenası
1. Elan Şalon - 4, 2. Nimburk - 2, 3. Alba Berlin - 0, 4. Sabah - 0.



