16 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C divizionunda daha bir görüş keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşmada uğursuzluğa düçar olub. 

Yeniyetmə basketbolçularımız 38:86 hesabı ilə uduzublar.

Bundan öncə milli komandamız San Marinoya qalib gəlib (105:60), Andorraya isə məğlub olub (42:52).

U-16 yığmamız sabah Cəbəllütariqlə qüvvəsini sınayacaq.