Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Gəncə" və "Şəki" komandaları arasında keçirilən seriyanın ikinci oyununda Gəncə təmsilçisi vacib qələbə qazanaraq hesabı 1:1-ə gətirib.

Offsideplus.az xəbər verir ki, matçdan sonra "Gəncə"nin əsas oyunçularından biri olan Cordan Forbes "Azbasketbol"un suallarını cavablandırıb. Təcrübəli basketbolçu qələbənin əhəmiyyətinə toxunaraq növbəti oyuna maksimum hazırlıqlı çıxacaqlarını bildirib:

“Seriyanı 1:1 etdik və bu bizi növbəti oyuna hazır olmağa vadar edir. Çərşənbə axşamı yenidən qarşılaşacağıq. Qarşımızda çətin bir oyun olacaq. Həmin arenada hələ qalib gəlməmişik. Orada 0:3 vəziyyətindəyik. Ona görə də oyuna tam hazır çıxmalıyıq. Bu gün yaxşı oyun keçirdim. Komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Amma hələ bir oyunumuz var, iş hələ bitməyib”.

Qeyd edək ki, komandalar arasında həlledici matç 22 aprel saat 12:00-da Şəki Olimpiya İdman Kompleksində baş tutacaq.