FIBA Çempionlar Liqasında mübarizə bu gün start götürüb.
Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Sabah" Litvada "Ritas"ın qonağı olub.
"Bayquşlar" ilk periyodu öndə bitirib - 20:16. Lakin növbəti 3 periyodda Litva klubu öndə olub və sonda qələbəyə seviniblər.
"Sabah"ın ən məhsuldar oyunçusu 19 xalla mübarizə aparan Frenki Filder olub.
Lazar Spasiçin komandası növbəti turda "Trabzonspor"un qonağı olacaq.
FIBA Çempionlar Liqası, A qrupu, I tur
6 oktyabr (çərşənbə axşamı)
20:30 "Ritas" - "Sabah" 82:73 (16:20, 23:18, 22:19, 21:16)
"Vilnüs Arena"


