"Boston Seltiks"in baş məşqçisi Co Mazzulla bildirib ki, NBA çempionluğunu karyerasının əsas göstəricisi hesab etmir.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu barədə fikirlərini belə ifadə edib: "Mən çempion məşqçi deyiləm. Mən sadəcə, başqaları ilə birlikdə çempionluq qazanan bir insanam. Hər şey şəxsiyyət məsələsinə qayıdır. Gedib 'mən çempion məşqçiyəm' demək olmaz. Elə məşqçilər var ki, məndən daha yaxşıdırlar, amma bəlkə də heç vaxt pley-offa belə çıxmayıblar. Uğuru təkcə bu göstərici ilə ölçmək düzgün deyil".
Mazzulla həmçinin vurğulayıb ki, 2024-cü il NBA çempionluğu bütün "Seltiks" təşkilatının birgə əməyinin nəticəsidir: "Mən sadəcə, bir qrup insanla birlikdə çempionluq qazanan biriyəm. Biz bunu birlikdə etdik. Mənim kimliyim bununla bağlı ola bilməz".


