"Gəncə" daha bir yerli oyunçunu heyətinə cəlb edib.


Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son klubu "Lənkəran" olan Aydın İbrahimovla yeni mövsümün sonuna kimi müqavilə imzalanıb. 

İbrahimov hücumçu mövqeyində oynayır. 21 yaşlı forvard milli oyunçu statusunda 18 və 20 yaşlılardan ibarət yığmalarımızın şərəfini qoruyub. 

2 metr boya malik yeni transfer "Gəncə"də 7 nömrə formada çıxış edəcək.