Azərbaycan Basketbol Liqasının XVIII turu bu gün keçiriləcək iki maraqlı qarşılaşma ilə davam edir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Şəki" öz meydanında turnir cədvəlinin iddialı komandalarından olan "Sabah"ı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində baş tutacaq bu görüş saat 14:00-da start götürəcək.
Daha sonra "Abşeron Lions" və NTD kollektivləri üz-üzə gələcək. Sərhədçi İdman Mərkəzində təşkil olunacaq bu qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" isə "Lənkəran"ı (104:73) məğlub edib. Tura martın 8-də yekun vurulacaq.


