Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura bu gün yekun vurulub.
Offsideplus.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
İlk qarşılaşma Şəkidə baş tutub. Yerli komanda NTD-ni qəbul edib.
Görüş qonaqların qələbəsi ilə başa çatıb - 95:93.
Turun mərkəzi oyununda isə "Neftçi" və "Abşeron Lions" üz-üzə gəlib. Bu matçdan Erhan Tokerin komandası qələbə ilə ayrılıb: 96:107
Bakı İdman Sarayında baş tutan qarşılaşma saat 18:00-da start götürüb.
ABL, XIV tur
A qrupu
"Şəki" - NTD 93:95 (23:21, 26:26, 25:26, 19:22)
"Neftçi" - "Abşeron" 96:107 (30:30, 20:35, 21:19, 25:23)


