"Turan Tovuz" Misli Premyer Liqasının XVIII turunda səfərdə "Qarabağ"a məğlub olub.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bildirib:
“İlk öncə "Qarabağ"ı avrokuboklarda uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bu, ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. "Qarabağ" lider kimi çox layiqli mübarizə aparır. Oyuna gəldikdə ümumilikdə razı qaldıq, xüsusilə ikinci hissədən. Birinci hissədə bir qədər ehtiyatlı oynadıq. Məyusedici məğlubiyyət oldu. Son dəqiqələrdə imkanlarımız var idi, lakin reallaşdıra bilmədik".
Təcrübəli mütəxəssis yenidən Bakıya qayıtmaqlarına da münasibət bildirib:
"Stadionumuzun hazır olmasını gözləyirik. Azarkeşlərimiz önündə oynamaq istəyirik".
O, İbrahima Vadjinin epizodunu da şərh edib:
"Pis niyyəti olmayıb. Oyun epizodu idi. Vadji sonra yaxınlaşıb, üzr istədi".


