Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, turnirdə 34 komanda iştirak edəcək.
Misli Premyer Liqasında ötən mövsüm ilk yeri 3 tutan komanda ("Qarabağ", "Zirə" və "Araz-Naxçıvan) və kubokun son sahibi "Sabah" klubları mübarizəyə 1/8 final mərhələsində qoşulacaq.
İlk olaraq mübarizəyə 2-ci Liqa komandaları başlayacaq. Daha sonra - 1/16 final mərhələsində Premyer Liqa və I Liqa klubları da mübarizəyə daxil olacaq.
Püşk isə belədir:
1-ci təsnifat mərhələsi:
"Göygöl" - "Şəmkir"
"Şəki Siti" - "Araz-Saatlı"
"Qaradağ Lökbatan" - "Ağdaş"
"Dinamo" - "Kür-Araz"
"Ağstafa Gəncləri" - "Şirvan"
"Quba" - "Xankəndi"
2-ci təsnifat mərhələsi:
"Səbail" - "Şamaxı"
"Göygöl"/"Şəmkir" cütünün qalibi - "Baku Sportinq"
"Karvan" - "Şəki Siti"/"Araz-Saatlı" cütünün qalibi
"Qaradağ Lökbatan"/"Ağdaş" cütünün qalibi - "İmişli"
"Qəbələ" - "Mingəçevir"
"Cəbrayıl" - "Şəfa"
"Şimal" - "Şahdağ Qusar"
"Dinamo"/"Kür-Araz" cütünün qalibi - "Turan Tovuz"
"Kəpəz" - "Ağstafa Gəncləri"/"Şirvan" cütünün qalibi
"Quba"/"Xankəndi" cütünün qalibi - "Difai"
"Zaqatala" - "Sumqayıt"
"Neftçi" - MOİK




