"Formula 1”də çıxış edən “Ferrari” komandası pilotu Sebastyan Fettel ilə yollarını ayıracağını açıqlayıb.
Offsideplus.az İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər mövsümün sonunda başa çatacaq müqaviləni yeniləməməyi qərara alıblar.
Qeyd edək ki, daha öncə "Ferrari" Sebastyan Fettelə müqaviləsini yeniləmək üçün iki dəfə təklif göndərsə də, 33 yaşlı almaniyalı pilotla razılığa gəlmək mümkün olmayıb.
Qeyd edək ki, Fettel 2007-ci ildən "Formula 1"də çıxış edir. O, "Red Bull" komandasında 4 dəfə (2010 - 2013) çempion olub. Pilot 2015-ci ildən “Ferrari”nin şərəfini qoruyur.



