"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Çelye”yə qarşı cavab oyunundan öncə baş məşqçi Valdas Dambrauskas mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, V.Dambrauskas ilk oyunda 2:3 hesabı ilə uduzduqları oyundan sonra hədəfin qələbə olduğunu bildirib:
“Sabah bizi çox vacib bir oyun gözləyir. İnanıram ki, bu olduqca maraqlı qarşılaşma olacaq. Son oyunda bir qədər çətin vəziyyətə düşdük – son saniyələrdə qol buraxdıq və üstünlüyü əldən verdik. Amma inanıram ki, avrokuboklarda nəticəni bir yox, iki oyun müəyyən edir. Yəni mərhələni bir oyunla keçmək mümkün deyil.
Nə olursa olsun — hətta ilk oyun 2:2 başa çatsaydı belə sabahkı oyunu mütləq qazanmalıyıq. Rəqibi ciddi şəkildə təhlil etmişik. Son üç gündə çox yaxşı məşqlər keçdik, səfərimiz də yaxşı keçdi. Bu gün bir məşqimiz olacaq. İlk oyunda rəqibin etdiklərini və bizim hansı səhvlərə yol verdiyimizi dəfələrlə baxaraq analiz etmişik.
İndi isə Bakıda etdiyimiz səhvləri düzəltmək, inkişaf etmək və özümüzə inanmaq vaxtıdır. Bu vəziyyəti dəyişməyin öz əlimizdə olduğuna inanmalıyıq.”



