İsveçrə millisinin futbolçusu Manuel Akanci Avro-2020-nin final mərhələsində Bakıda keçirəcəkləri oyun barədə danışıb.

Offsideplus.az "Blick.ch" saytına istinadən xəbər verir ki, "Borusiya"nın müdafiəçisi  Avropa çempionatının matçlarının Bakıda və ya Londonda keçirilməsinin fərqinin olmadığını deyib: "Çox yaxşı qrupdayıq. Seçmə mərhələdəki 10 qələbədən sonra İtaliya yığması favoritdir. Ancaq irəliləmək üçün yaxşı şanslarımız var. Bu da istəyimizdən asılıdır. Öz oyunumuzu oynamalı və qalib gəlməliyik. İstər Bakıda, istərsə də Londonda".

Xatırladaq ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Uels - İsveçrə, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda  keçiriləcək. İtaliya - İsveçrə görüşü iyunun 17-də Romada keçiriləcək.