Şahmat üzrə Azərbaycan milli komandanın sabiq üzvü, ölkə çempionu Məhəmməd Zülfüqarlının 18 yaşlı oğlu Toğrul Zülfüqarlı faciəvi şəkildə vəfat edib.
Offsideplus.az xəbər verir ki, o, Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb və aldığı xəsarətlərdən vəfat edib.
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Məhəmməd Zülfüqarlı şahmat mütəxəssisi olmaqla yanaşı, "Ultra Company" şirkətinin baş direktorudur.



