Almaniyanın Karlsrue şəhərində klassik şahmat üzrə "Grenke Chess Festival" start göötürüb.

Offsideplus.az xəbər verr ki, ümumi mükafat fondu 225 min avro olan yarışda Azərbaycan şahmatçıları da mübarizə aparırlar.

Birinci turda həm "Freestyle Open", həm də "Chess Open"də qüvvəsini sınayan təmsilçilərimizin hamısı qələbə qazanıb. 

Bundan başqa, festivalın reytinq lideri, sabiq dünya çempionu, şahmat tarixinin ən güclü nümayəndələrindən biri norveçli Maqnus Karlsenin (2837) də debütü uğurlu olub. O, yerli idmançı Vinzenz Hillermannı (2227) məğlub edib.

Bu gün festivalda iki tur oynanılacaq. Yarış aprelin 21-də yekunlaşacaq.

Freestyle Open

Sebastyan Laemmel (2210, Almaniya) - Şəhriyar Məmmədyarov (2748) 0:1

Maxsimilian Lohr (2151, Almaniya) - Rauf Məmmədov (2657) 0:1

Jozef Qabriel (1994, Almaniya) - Faiq Ələsgərov (2315) 0:1

Chess Open

Qabriel Barbosa (2112, İsveçrə) - Eltac Səfərli (2617) 0:1

Məhəmməd Muradlı (2588) - Gergeli Mann (2111, Almaniya) 1:0