Şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand Azərbaycana gəlir.

Offsideplus.az xəbər verir ki, hindistanlı idmançının Bakıya səfərində məqsəd Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirində iştirakdır.

Yarış 27-30 aprel aralığında Milli Xalça Muzeyində baş tutacaq.

“Çempionlar savaşı”nda ümumilikdə 4 şahmatçı olacaq.

V.Anand Azərbaycan çempionu Rauf Məmmədovla üz-üzə gələcək. Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. Yarışda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Həmçinin Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılarla seans keçirəcək.