"Udineze" klubu müqavilə ilə "Qalatasaray"a məxsus olan Nikolo Zanyolonu birdəfəlik transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu hazırda icarə əsasında Udine təmsilçisində çıxış edir.

O, gələn yay bu klubun daimi üzvü ola bilər.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

İtaliyalı futbolçu A Seriyasında son 5 oyunda 3 qol vurmağı bacarıb.

Zanyolo 2023-cü ilin qışında "Qalatasaray"a transfer olunub. "Sarı-qırmızılar" onun üçün "Roma"ya 15 milyon avro ödəyib