"Atalanta" klubu baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, ardıcıl uğursuz nəticələrdən sonra onun işinə son verilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssis bu ilin yayında Berqamo təmsilçisinə başçılıq edirdi.

O, 9 illik Can-Pyero Qasperini dönəmindən sonra bu vəzifəyə gəlmişdi.

Yuriçin yerinə Raffaele Palladinonun gələcəyi gözlənilir.