"Milan" klubu "Brayton" ilə Pervis Estupinyanın transferi üçün razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, klublar bütün məsələlərdə razılıq əldə edib. "Qırmızı-qaralar" ekvadorlu futbolçu üçün bonuslarla birlikdə 19 milyon avro ödəyəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Estupinyan "Milan"ın yeni sol cinah müdafiəçisi olacaq. O, Səudiyyə Ərəbistana yollanan Teo Ernandesi əvəz edəcək.

27 yaşlı futbolçu "Brayton" karyerasında 104 oyunda 5 qol vurub və 14 məhsuldar ötürmə edib.