"Yuventus" Fransişku Konseysaunun birdəfəlik keçidi üçün "Portu" ilə razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən İtaliya klubu 30 milyon avro ödəyəcək. Bu məbləğ 4 ilə bölünərək ödəniləcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Konseysau ilə uzunmüddətli müqavilə imzalanacaq.
Gənc futbolçu ötən ilin yayında icarə əsasında "Yuventus"a gəlmişdi. O, burada 40 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib.



