"Yuventus" klubu Duşan Vlahoviçlə müqaviləni pozmaq istəyir.

Offsideplus.az xəbər verir ki, serbiyalı hücumçunun sözləşməsi gələn ilin yayında bitirdi. "Qoca sinyora" onun maaşından qurtulmaq üçün 25 yaşlı futbolçu ilə yolları erkən ayıracaq.

Bu barədə insayder Di Marzio məlumat yayıb.

Bu, həm də o deməkdir ki, Vlahoviçi istəyən klublar pul ödəmədən onu heyətinə qata bilər.

Serbiyalı futbolçu "Yuventus" karyerasında 145 oyunda 58 qol vurmağı bacarıb.