"Yuventus" klubu bu yay heyətinə hücumçu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora"da əsas hədəf Viktor Osimhendir. Nigeriyalı futbolçunun keçidi baş tutmasa, Turin təmsilçisi Viktor Dyökereşə yönələcək.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Dyökereş cari mövsüm Avropa Liqalarında ən çox qol vuran futbolçudur. O, 51 oyunda meydanda olub və 53 qol vurub.

Onun cari mövsümün sonunda "Sportinq"dən ayrılacağı gözlənilir.