Bu gün keçirilməsi planlaşdırılan bütün A Seriyası matçları rəsmi olaraq təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Serie A təşkilatı açıqlama yayıb. Oyunların təxirə salınmasında səbəb, Roma Papasının səhər saatlarında vəfat etməsi olub. Açıqlamada belə qeyd olunub:
“Fransiskin vəfatı ilə əlaqədar olaraq, bu gün keçirilməli olan A Seriyası və Primavera 1 liqası matçları təxirə salınır. Yeni oyun tarixləri yaxın günlərdə açıqlanacaq".
Təxirə salınan qarşılaşmalar bunlardır:
“Torino” – “Udineze”
“Kalayari” – “Fiorentina”
“Genoa” – “Lazio”
"Parma” – “Yuventus”
Hazırda təxirə salınmış matçların nə vaxt keçiriləcəyi bəlli deyil.



