“Roma” klubu ciddi itkiylə üzləşib.
Offsideplus.az xəbər verir ki, "canavarlar"ın kapitanı Lorenso Pelleqrini sıradan çıxıb.
O, A Seriyasının 14-cü turu çərçivəsində baş tutan “Torino” ilə ev oyununda zədələnib. 25 yaşlı futbolçunun bud əzələsində zədə aşkarlanıb.
İtaliya millisinin də üzvü olan Pelleqrini bu zədəyə görə təxminən 4-5 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.



