İtaliya futbolunda mövsümün başa çatması ilə komandaların sükanı arxasında əsl domino effekti yaradacaq böyük məşqçi yerdəyişmələri gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı son məlumatlara görə, bir çox nəhəng klub növbəti mövsümə tamamilə yeni idman layihələri və fərqli mütəxəssislərlə başlamağa hazırlaşır.
A Seriyası klublarında gözlənilən köklü dəyişikliklər və son durum aşağıdakı kəsb edir:
-
Mauritsio Sarri "Atalanta" yolunda: Təcrübəli mütəxəssis Mauritsio Sarrinin növbəti mövsümdən etibarən "Atalanta"nın başına keçəcəyi gözlənilir.
-
Cennaro Qattuzo "Latsio"ya keçir: Paytaxt təmsilçisi "Latsio"da boşalacaq baş məşqçi postu üçün ən güclü namizəd Cennaro Qattuzodur. Aqressiv və motivasiyaedici üslubu ilə tanınan italyan mütəxəssisin artıq klub rəhbərliyi ilə ilkin razılıq əldə etdiyi bildirilir.
-
Luçiano Spalletti "Yuventus"dan gedir: "Yuventus" rəhbərliyi gözlənilən nəticələri verə bilməyən Luçiano Spalletti ilə yolları ayırmağa qərar verib. Tərəflərin rəsmi ayrılıq elanı an məsələsidir.
-
Antonio Konte "Napoli"dən ayrıldı: Şok gəlişmələrdən biri Neapolda yaşanıb. Taktika ustası Antonio Konte rəhbərliklə yaşadığı fikir ayrılıqlarından sonra "Napoli"dəki postunu rəsmən tərk edib.
-
Maks Alleqri "Milan"dan ayrıla bilər: "Milan"da uğursuz mövsümün ardından Maks Alleqrinin gələcəyi böyük sual altındadır. Rəhbərliyin onunla müqaviləyə xitam vermək planı masadadır.
-
Can Pyero Qasperini "Roma"da qalır: Digər klublardakı xaosa baxmayaraq, "Roma" rəhbərliyi sabitliyi qorumağa üstünlük verib. Can Pyero Qasperini gələn mövsümdə də paytaxt klubunun sükanı arxasında yerini qoruyacaq.
-
Kivu "İnter"lə müqaviləni yeniləyir: Çempion "İnter" klubunda isə Kristian Kivu ilə bağlı müsbət gəlişmə var. Rumıniyalı mütəxəssisin yaxın günlərdə Milan təmsilçisi ilə rəsmi olaraq yeni müqavilə imzalayacağı gözlənilir.


