İtaliya A Seriyasında mövsümün başa çatması ilə "Milan" klubunda əsl fırtına qopub.
Offsideplus.az xəbər verir ki, komandanın Çempionlar Liqasından kənarda qalması və uğursuz nəticələr rəhbərliyi radikal qərarlar almağa məcbur edib. İtaliya mətbuatının "böyük dağıntı" olaraq xarakterizə etdiyi növbəti mövsümün planlamasında komandada daş-daş üstündə qalmayacaq.
Klub rəhbərliyi uğursuz mövsümün faturasını baş məşqçiyə kəsib. Maks Alleqri ilə müqaviləyə rəsmən xitam verilib. Komandanı yeni mövsümə tamamilə fərqli bir mütəxəssisin hazırlayacağı gözlənilir.
Komandanın əsas hərəkətverici qüvvələri olan ulduzlar klubun Çempionlar Liqası vərəqəsi qazana bilməməsinin qurbanı olurlar:
-
Rafael Leao və Kristian Pulişiç: Hər iki cinah hücumçusunun bu yay komandadan ayrılması gündəmdədir. Avropanın nəhəng klubları artıq hər iki ulduz üçün rəsmi təkliflər hazırlayır.
-
Luka Modriç: Təcrübəli yarımmüdafiəçi karyerasının son dönəmində mütləq Çempionlar Liqasında oynamaq istəyir. "Milan"ın bu turnirdən kənarda qalması səbəbindən xorvatiyalı ulduzun bu yay komandadan ayrılacağı dəqiqləşmək üzrədir.
Klubun sahibi "RedBird" şirkəti uğursuz transfer və idman siyasətinə görə təkcə məşqçini deyil, idarə heyətini də cəzalandırır. Yaxın günlərdə idman direktoru və skaut korpusunun rəhbərləri olan Ciorcio Furlani, İqli Tare və Ceffri Monkada (Geoffrey Moncada) ilə yolların rəsmən ayrılması planlaşdırılır.
"Milan" azarkeşlərini önümüzdəki aylarda tamamilə yenidən qurulacaq, yeni rəhbərlik, yeni məşqçi və tamamilə fərqli heyətdən ibarət bir komanda gözləyir.


