Mərakeşli hücumçu Yusif En-Nesyri karyerasını İtaliyada davam etdirməyə yaxınlaşıb.
Offsideplus.az xəbər verir ki, futbolçu “Yuventus”la şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.
Məlumata görə, hazırda “Fənərbağça” ilə “Yuventus” arasında danışıqlar irəliləmiş mərhələdədir və tərəflər transferin baş tutacağına nikbin yanaşırlar.
Qeyd edək ki, En-Nesyri bu mövsüm Türkiyə Superliqasında 15 oyunda 7 qol vurub. Onun stabil çıxışı Avropa nəhənglərinin diqqətini cəlb edib.


