UEFA "Fənərbağça" - "Qalatasaray" oyununun hakimi Yasin kolu cəzalandıra bilər.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan matçda UEFA inspektoru Yasin Kolun hakimliyindən narazı qalıb. Onun xüsusilə matçın ikinci hissəsinin idarə olunmasından razı qalmadığı və bunu hesabatında qeyd etdiyi bildirilir.
Qeyd olunur ki, Yasin Kolun FIFA-nın növbəti təyinatlarının siyahısına daxil olunmaq şansı azalıb.



