"Qalatasaray" klubunda ulduz futbolçu Viktor Osimhenin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Okan Buruk bir müddətdir zədəli olan futbolçunun nə zaman heyətə qayıdacağı barədə jurnalistin sualını cavablandırıb.
Okan Buruk bildirib ki, nigeriyalı ulduzun yüngül ağrıları qalıb: "Dünən məşqin ilk hissəsində bizimlə birgə çalışdı. Bu gün yoxlanışdan keçdi. Kiçik ağrıları davam edir, amma onlara dözə biləcəyi halda Alanyada komandaya qoşulacağını ümid edirik. Əlbəttə ki, bunu məşqlərdə də sınayacağıq" - deyə türkiyəli çalışdırıcı açıqlayıb.



