"Fənərbağça" Super Liqada öz meydanında "Alanyaspor"la qarşılaşmada üstünlüyü əldən verərək oyunu 2:2 hesablı bərabərliklə başa vurdu.

Offsideplus.az xəbər verir ki, matçdan sonra açıqlama verən komandanın baş məşqçisi Domeniko Tedesko açıq şəkildə etiraf etdi ki, komanda bu görüşdə qalibiyyətə layiq olmayıb.

Tedesco oyunu dəyərləndirərkən bunları dedi:

"İlk 20 dəqiqədə yaxşı performans göstərsək də, qoldan sonra oyunun nəzarətini itirdik.

Bir neqativ vəziyyətdən sonra bütün komanda başını itirdi, sakitliyimizi qoruya bilmədik." 

O, həmçinin, futbolçuların özünəinam və motivasiya problemi yaşadığını vurğuladı.

Azarkeşlərin dəstəyi ilə bu vəziyyəti aşacaqlarına inandığını bildirdi.