"Fənərbağça" Ederson transferini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı qapıçı ilə 3+1 illik müqavilə imzalanıb. O, illik 11 milyon avro məvacib qazanacaq.
Bu barədə klubun rəsmi məlumat yayıb.
Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edirdi. O, "şəhərlilər"in heyətində 372 oyuna çıxıb.



