"Qalatasaray" Manuel Akanci transferini bitirmək üçün "Mançester Siti" ilə danışıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın rəhbərliyi bu gün Mançester təmsilçisinin idman direktoru Uqu Viana ilə görüşəcək və bu keçidi bitirməyə çalışacaq.
"Qalatasaray"ın ilk təklifi 15 milyon avro idi.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Akanci ilə danışıqlar isə müsbət irəliləyir.
İsveçrəli 2022-ci ildən "Mançester Siti"də çıxış edir. O, burada 136 oyunda 5 qol vurmağı bacarıb.



