"Qalatasaray" klubu qapıçı arayışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Siti"dən Edersonu heyətinə qatmaq istəyir. Braziliyalı qapıçı istədiyi maaş ödənərsə, Türkiyə nəhənginə gəlməyə hazırdır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Braziliyalı çərçivə qoruyucusu "şəhərlilər"in heyətində 372 oyuna çıxıb və bu görüşlərin 168-də qapısını qola bağlaya bilib.