"Qalatasaray" Viktor Osimhen transferini bu gün tamamlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu 75 milyon avronun 40-nı "Napoli"yə dərhal ödəyəcək. Qalan 35 milyon üçün isə danışıqlar davam edir. "Sarı-qırmızılar" bu məbləği 2 ilə bölərək ödəmık istəyir. Neapol təmsilçisi isə gələn ilin mayında bütün məbləği tələb edir.

Klublar bu məsələlərdə də razılığa gəlsə, nigeriyalı hücumçu birdəfəlik "Qalatasaray"a transfer olacaq.

Osimhen "Napoli"yə yalnız "cim-bom"a qoşulmaq istədiyini bildirib.