"Napoli" klubu "Qalatasaray" Viktor Osimhenin transfer məbləğinin ödənəcəyinə dair təminat məktubu istəyir.
Offsideplus.az xəbər verir ki, bu məktub olmasa, transfer baş tutmayacaq.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Qalatasaray" 75 milyon avroluq məbləği 5 ilə bölərək ödəmək istəyir. Klublar bu barədə demək olar razılığa gəlib.
Osimhen isə Neapol klubuna bildirib ki, o, yalnız "Qalatasaray"a transfer olmaq istəyir.
"Napoli" onu 75 milyon avroluq məbləği birdəfəlik ödəməyə hazır olan "Əl-Hilal"a satmağı düşünürdü.



