"Fənərbağça" hazırda "Santos"da çıxış edən Neymarı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" artıq braziliyalı futbolçuya təklifini də verib.

Neymar yenidən Avropaya qayıtmaq istəyir. O, gələn il keçiriləcək Dünya Çempionatında Braziliya yığmasının formasını geyinməyi arzulayır.

Bu barədə ingilis jurnalist Kris Entoni məlumat yayıb.

"Fənərbağça" ona 1+1 illik cömərd bir məbləğ təklif edib.  Onlardan başqa "Aston Villa" və "Marsel" də onunla maraqlanır.