"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun gələcəyi müəmmalıdır .
Offsideplus.az ESPN portalına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha bir mövsüm "sarı-lacıvərdlilər"də qalacaq.
Onun komandadan ayrılacağı gözlənilimir.
Mourinyo ötən ilin yayında "Fənərbağça"nın baş məşqçisi təyin olunub. İstanbul təmsilçisinin cari mövsüm Super Liqada 2-ci yerdə bitirəcəyi dəqiqləşib. Onlar Türkiyə Kubokunda və Avropa Liqasında da uğurlu ola bilməyib.



