Türkiyə Super Liqasında 29-cu turun nəticələrindən sonra çempionluq yarışı daha da gərginləşib.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça"nın səfər qələbəsi qazandığı həftədə "Qalatasaray" və "Trabzonspor"un xal itirməsi turnir cədvəlindəki vəziyyəti dəyişib.

Mövsümün sonuna 5 tur qalmış lider "Qalatasaray"ın 68, ikinci pillədəki "Fənərbağça"nın 66, üçüncü sıradakı "Trabzonspor"un isə 64 xalı var.

"Euro Club Index"in yenilənmiş məlumatlarına əsasən, 34 həftəlik marafonun sonunda gözlənilən sıralama və çempionluq ehtimalları belədir:

"Qalatasaray": Hazırkı xalı: 68 | Mövsüm sonu proqnozu: 80

(Çempionluq şansı %85.2-dən %79.3-ə düşüb)

"Fənərbağça": Hazırkı xalı: 66 | Mövsüm sonu proqnozu: 77

(Çempionluq şansı %12.1-dən %19.6-ya yüksəlib)

"Trabzonspor": Hazırkı xalı: 64 | Mövsüm sonu proqnozu: 73

(Çempionluq şansı %1.1 olaraq qiymətləndirilir)

"Beşiktaş": Hazırkı xalı: 55 | Mövsüm sonu proqnozu: 64

"Göztepe": Hazırkı xalı: 47 | Mövsüm sonu proqnozu: 54

Göründüyü kimi, "Qalatasaray" hələ də əsas favorit hesab olunsa da, "Fənərbaxça" son qələbəsi ilə şanslarını əhəmiyyətli dərəcədə artırıb.