Norveç yığmasının əfsanəvi qapıçısı Katrine Lunde 23 illik milli komanda karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı qolkiperin vida matçı doğma şəhəri Kristiansandda, EHF EURO Cup çərçivəsində Slovakiyaya qarşı keçirilən və Norveçin 38:19 hesablı qələbəsi ilə başa çatan oyuna təsadüf edib.
2002-ci ildə debüt edən Lunde, 389 oyunla Norveç seçməsinin tarixində ən çox forma geyinən futbolçu kimi adını tarixə yazdırıb. Karyerası ərzində Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında ümumilikdə 22 medal qazanan, həmçinin 7 dəfə Çempionlar Liqasının qalibi olan Lunde həndbol tarixinin ən böyük simalarından biri hesab olunur.
O, milli komanda ilə sonuncu böyük uğurunu bu ilin yanvarında növbəti dünya çempionluğunu qazanmaqla əldə edib. Maraqlıdır ki, Lunde debüt edəndə hazırkı komanda yoldaşı, dünyanın ən yaxşı həndbolçusu Henni Reystadın cəmi 3 yaşı var idi.


