İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri II Liqa klubu "Kolçester Yunayted"i satın alır.

Offsideplus.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Tərəflər arasında 14 milyon funt sterlinq dəyərində müqavilə bağlanması nəzərdə tutulub.

Klub ötən ilin sentyabr ayından bəri satışa çıxarılıb.

Qeyd edək ki, "Kolçester Yunayted" hazırda II Liqada 13-cü yerdə qərarlaşıb.